19:52 19-08-2021
news_image

Jalə Əliyeva bürünc qazandı – dünya çempionatında

Azərbaycan güləşçisi Jalə Əliyeva gənclər arasında təşkil olunan dünya çempionatının bürünc medalını qazanıb. 

Apasport.az saytının məlumatına görə, 59 kq çəkidə mübarizə aparan idmançı Rusiyanın Ufa şəhərində təşkil olunan mundialda bu uğura imza atıb.

O, üçüncü yer uğrunda görüşdə Kusum Kusumdən (Hindistan) güclü olub. Təmsilçimiz 3:1 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, sabah daha bir xanım güləşçimiz 3-cü yer uğrunda mübarizə aparacaq.