22:06 19-08-2021
news_image

Güləşçilərimizin rəqibləri bilindi – dünya çempionatında

Sabah Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək.

Apasport.az saytının məlumatına görə, qarşıdakı 3 gündə güləşin klassik növüylə məşğul olanlar mundialda məharətini göstərəcək. 

Bu gün keçirilən püşkatma mərasimindən sonra millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

55 kq
1/8 final: Elmir Əliyev - Əmirrza Dehbozorgi (İran)

60 kq
1/88 final: Nihat Məmmədli - Vikas Vikas (Hindistan)

63 kq
1/8 final: Ziya Babaşov - Səid Bakayev (Rusiya)

67 kq
Təsnifat: Həsrət Cəfərov - Nestori Mannila (Finlandiya)

72 kq
1/8 final: Xasay Həsənli - Mixael Portman (İsveçrə)

77 kq
Təsnifat: Elcan Məmmədov - Konrad Kozlovski (Polşa)

82 kq
1/8 final: Murad Əhmədiyev - Saba Mamaladze (Gürcüstan)

87 kq
Təsnifat: Laçın Vəliyev - Mario Vukoviç (Serbiya)

130 kq
1/8 final: Sərxan Məmmədov - Əmirməhəmməd Bayat (İran)