22:51 19-08-2021
news_image
168
FUTBOL

Danimarkadan sülhlə qayıdır – “Qalatasaray”

Türkiyə təmsilçisi “Qalatasaray” Avropa Liqasında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi pley-offun ilk matçında “Randers”lə üz-üzə gəlib.

Danimarkada keçirilən qarşılaşmada hesabı qonaqlar açıb. Muhammed Akturkoglu 26-cı dəqiqədə fərqlənib.

Lakin “sarı-qırmızılar” üstünlüyünü qoruya bilməyiblər. Fasilədən sonra meydan sahibləri bərabərlik qoluna imza atıb və görüş sülhlə başa çatıb – 1:1.

Qeyd edək ki, komandalar bir həftədən sonra İstanbulda qarşılaşacaq.