23:19 19-08-2021
news_image
536
FUTBOL

“Təcrübəsizlik sözünü dedi” - Samir Abasov

“Oyunun təzyiqindən çıxmamışıq. Bu qədər qol vurulursa, azarkeşlərə də zövq verir”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

43 yaşlı mütəxəssis Konfrans Liqasının “Makkabi” (Hayfa, İsrail) ilə pley-off mərhələsindəki ilk görüşündən sonra mətbuat konfransına qatılıb. O, 3:3 hesabı ilə başa çatan matçı dəyərləndirib: “Məqsədimiz o idi ki, özümüzə inanaq. Çox qaçaq, vursaq, inanaq. İsraillilərin necə oynayacağını öncədən bilirdik. Oyuna görə plan qurmuşduq. İlk hissə sönük keçdi. Rəqibin belə  mübarizə aparacağını bilirdik. İkinci hissədəkini ilk yarıda edə bilməməyimiz isə onunla bağlıdır ki, son nöqtəni, son ötürməni verə bilmədik. Fasilədən sonra istəyimiz alındı və üç qol vurduq. Üstünlüyü qoruya bilmədik. Amma pozitivik. Futbolçulara təşəkkür edirəm. Hər şey 0:0-dan başlayacaq. İndi çempionat oyununa hazırlaşacağıq”.

Abasov bəzi anlarda oyunun alınmamasını belə izah edib: “Biz 17 dəqiqədə etdiyimizi ilk hissədə də gerçəkləşdirə bilərdik. Sanki nəsə çatışmırdı. Müəyyən qırılma nöqtələri olurdu. Biri saxlamalı, digəri hücuma keçməli idi. Amma alınmırdı. Oyunun gedişi, şanssız buraxdığımız qol bizi sındırmadı. Təşəbbüsü ələ aldıq, özümüzə inam gəldi. Bu inamdan sonra bəzi şeyləri dəyişdik. Eyni planı daha keyfiyyətli şəkildə gerçəkləşdirdik. Futbolçulara inanırıq. Bu 17 dəqiqə gələcəkdə daha uzun olar”.

Abasov komandanın müdafiə xəttindəki problemlərə də toxunub: “İlk yarıda üstünlük rəqib də idi. Sevindirici odur ki, komanda şəklində yaxşı müdafiə olunurduq. Kompakt şəklində bunu bacarırdıq. Fərdi səhvlərimiz oldu. 3-cü buraxdığımız qol məhz belə oldu. Bir neçə belə imkanı rəqib qaçırsa da, sonda vurdu. Bu çatışmazlıqları da aradan qaldıracağıq. İsmayıl gənc oyunçudur. O, ümumilikdə yaxşı təsir bağışladı. Təcrübəsizlik sözünü dedi. Mert Çelik 4-5 belə oyuna çıxıb. Futbolçularda həyəcan olması normaldır. Çalışırıq ki, üstünlüyü ələ alaq”