00:00 20-08-2021
news_image
486
FUTBOL

“Aberdin”lə cavab oyununa itki ilə çıxacaq – “Qarabağ”

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa itki ilə çıxacaq.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Patrik Andradeni itirib.

O, cəzalı duruma düşüb. Andrade Şotlandiya “Aberdin”i ilə Bakıdakı ilk görüşdə (1:0) sarı vərəqə alıb.

Bu, futbolçunun mövsümdə 3-cü xəbərdarlığı olub. O, Şotlandiyadakı görüşü buraxmalı olacaq. Andrade digər 2 sarı vərəqəni AEL-lə oyunlarda alıb. 

Qeyd edək ki, Aberdindəki matç avqustun 26-da baş tutacaq.