09:31 20-08-2021
news_image
182
FUTBOL

“-3” - “Neftçi”də

“Neftçi” Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşünə ciddi itkilərlə çıxacaq.

Apasport.az saytının məlumatına görə, Bakı klubu İsrail “Makkabi”si ilə Hayfadakı qarşılaşmada üç oyunçusunun xidmətindən məhrumdur.

Bunlar “Bakcell Arena”dakı ilk qarşılaşmada cəzalı duruma düşən futbolçulardır. İsmayıl Zülfüqarlı qırmızı vərəqə aldığı üçün İsraildə oynamayacaq.

Yusuf Laval və Mamadu Mbodj isə mövsümdə 3-cü sarı vərəqəni alıb. Bu da onların Hayfada oynamaq şansının üstündən xətt çəkib.

Qeyd edək ki, “Makkabi” ilə cavab oyunu avqustun 26-da olacaq.