22:07 20-08-2021
news_image
151
FUTBOL

Müqaviləni uzatdı, icarəyə göndərir – “Çelsi”

İngiltərənin “Çelsi” klubu futbolçusu Temue Bakayoko ilə müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, London klubu anlaşmanın uzadılması şərtini aktivləşdirib.

Yarımmüdafiəçi 2023-cü ilin yayına qədər Premyer Liqa təmsilçisində çıxış edəcək. Onun yenidən icarəyə verilməsi gözlənilir. İtaliya “Milan”ı bununla bağlı futbolçu ilə razılıq əldə edib və keçidi “Çelsi” ilə müzakirə edəcək.

Qeyd edək ki, Bakayoko 2018/19 mövsümündə “Milan”da icarədə olub.