11:22 20-08-2021
news_image
107
FUTBOL

Təyinatlar açıqlandı – Premyer Liqada

Azərbaycan Premyer Liqasında II turun ilk təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq iki oyunu üçün bütün təyinatlar müəyyənləşib.

“Qəbələ” – “Keşlə” matçını Rəşad Əhmədov idarə edəcək. “Sumqayıt” –“Sabah” qarşılaşması isə Əliyar Ağayevə tapşırılıb.

21 avqust (şənbə)

“Qəbələ” – “Keşlə”
Hakimlər:
Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu, 18:00

“Sumqayıt” –“Sabah”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”, 20:00