11:31 20-08-2021
news_image
212
FUTBOL

Klub prezidenti olur? – Cahangir Həsənzadə

“Sabail”in idarəçiliyin AFFA-nın Texniki Direktoru Cahangir Həsənzadəyə tapşırılması gündəmdədir.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, hazırda bu məsələ rəhbərlik səviyyəsində müzakirə olunur.

Həsənzadə “Sabail”ə yad sima deyil. O, 2016-cı ilin yayından - klubun yaradıldığı tarixdən etibarən rəsmi heyətdə yer alır.

Açıq qalan məsələ yalnız budur: Həsənzadə “Sabail”in prezidenti postuna əyləşsə, AFFA-da işi necə olacaq?

Axı assosiasiya hələ 2 il öncə bu həm qurumda, həm də klubda çalışanlara seçim imkanı verilib: ya ora, ya da bura.