12:11 20-08-2021
news_image
300
FUTBOL

Yeni ittiham – Ronaldoya

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştiano Ronaldonun instaqramdakı abunəçilərinin kəskin şəkildə artması şübhələrə səbəb olub.

Apasport.az saytının məlumatına görə, üç gün əvvəl 324 milyon abunəçisi olan ulduz hücumçu bu rəqəmi 330 milyona çatdırıb.

Qısa müddətdə bu qədər artımın olması diqqətdən kənar qalmayıb. Sosial şəbəkələr üzrə ekspertlər Ronaldonun buna süni yollarla nail olduğu qənaətindədir. 

“Clarin.com” portuqaliyalının əsas rəqibi Lionel Messi ilə fərqi artırmaq üçün saxta yollara getdiyini iddia edir. Ronaldonun ittiham olunmasına onun daha az bəyənmə toplaması da əsas verib. 253 milyon abunəçisi olan argentinalının paylaşımları daha çox bəyənilir.