12:25 20-08-2021
news_image
191
FUTBOL

150-ni tamamladı – “Neftçi”nin futbolçusu

“Neftçi”nin futbolçusu Yusuf Laval Azərbaycan klublarının avrokuboklardakı çıxışları tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, nigeriyalı yarımmüdafiəçi buna Konfrans Liqasının pley-off mərhələsində nail olub.

“Makkabi” (Hayfa, İsrail) ilə ev qarşılaşmasında (3:3) dubla imza atan Laval “Neftçi”nin heyətində ilk avrokubok qollarını vurub. O, bununla da Azərbaycan klubları üçün qitə miqyaslı turnirlərdə qol vuran 150-ci futbolçu olub.

Yubiley qolçuya qədər 149 oyunçumuz rəqib qapılarına yol tapmışdı. Təbii ki, rəqib komandaların öz qapısına vurduğu toplar nəzərə alınmamaq şərti ilə.

Qeyd edək ki, Azərbaycan klublarının ilk qolunun müəllifi Yadigar Süleymanovdur. O, 1995-ci il avqustun 22-də “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” matçında fərqlənib. Amma onun qolu 1:5 hesablı məğlubiyyətdə yalnız təsəlli xarakteri daşıyıb.