22:46 20-08-2021
news_image
219
FUTBOL

25-ci qol – kapitandan

Emin Mahmudov “Neftçi”nin heyətində yubiley qolunu vurub.

Apasport.az saytının məlumatına görə, Bakı klubunun kapitanı “ağ-qaralar”ın heyətində 25-ci dəfə fərqlənib.

Bu yubiley Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununa təsadüf edib. “Makkabi” (Hayfa, İsrail) ilə qarşılaşmada (3:3) fərqlənən yarımmüdafiəçi “Neftçi”də 25-ə çatıb.

O, bu qollardan 16-na Premyer Liqa, 1-nə Azərbaycan kuboku, 7-nə Avropa Liqası, 1-nə Avropa Liqasında imza atıb. Emin “ağ-qaralar”ın heyətində 115 matç keçirib.