13:10 20-08-2021
news_image
136
FUTBOL

Millimiz mövqeyini qorudu – FİFA reytinqində

Qadınlardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi 1310 xalla dünyanın 78-ci komandasıdır.

Yığmamızın mövqeyi ötən cədvəllə müqayisədə dəyişməz qalıb. Komandamız iyunun 25-də açıqlanan siyahıda da eyni xala malik idi.

Qeyd edək ki, cədvələ ABŞ millisi başçılıq edir – 2110 xal. İsveçin 2089, Almaniyanın 2073 xalı var.