13:39 20-08-2021
news_image
323
FUTBOL

Daha bir müştəri – Mbappeyə

Fransa millisinin və PSJ-nin futbolçusu Killian Mbappeyə daha bir klub elçi düşüb.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçunun gələn yay İspaniya “Real”ına keçəcəyi gözlənilsə də, “Mançester Yunayted” də onu heyətində görmək istəyir.

İngiltərə nəhəngi 2022-ci ilin yayında hücum xəttini Mbappe ilə gücləndirməyi planlaşdırır. Cari mövsümdə 2 oyunda 1 qol vuran forvardın parislilərlə müqaviləsi gələn yay başa çatacaq.

Qeyd edək ki, “Real” futbolçunu bu yay heyətinə qatmaq üçün 120 milyon avro ödəməyə hazır olsa da, transferin reallaşması mövsümün sonuna qalıb.