00:27 21-08-2021
news_image
194
FUTBOL

35 milyonluq qapıçı – “Arsenal”da

İngiltərənin “Arsenal” klubu heyətinə yeni futbolçu qatacaq.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi qapıçı Aaron Ramsdeylin keçidini razılaşdırıb.

Transferlə bağlı “Şeffild Yunayted”lə razılıq əldə olunub. 23 yaşlı qolkiper üçün 35 milyon avro ödəniləcək. Aaronla 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanacaq.