16:38 20-08-2021
news_image
122
FUTBOL

“Atletiko” və “Sevilya”nın futbolçuları hədəfində – “Çelsi”nin

İngiltərənin “Çelsi” klubu transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi heyətini gücləndirmək üçün iki futbolçu almağı planlaşdırır.

İspaniya “Atletiko”sunun yarımmüdafiəçisi Saul Niqes “göylər”in hədəfindədir. Premyer Liqa klubu onun keçidi ilə bağlı danışıqlara başlamağa hazırlaşır.

Digər İspaniya təmsilçisi “Sevilya”da oynayan Jül Kunde də karyerasını “Çelsi”də davam edə bilər. “Zadəganlar” fransalı müdafiəçinin transferi ilə bağlı çalışmaları yekunlaşdırmağa çalışır.