21:58 21-08-2021
news_image
672
FUTBOL

“Sabah” son pilləyə yuvarlandı – “Sumqayıt”dan ikinci qələbə

Azərbaycan Premyer Liqasında II tura start verilib.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə 2 oyun keçirilib.

Hər iki matç paytaxtdan kənarda keçirilib. “Keşlə”ni qonaq edən “Qəbələ” mövsümdə ilk qələbəsini qazanıb. Bu, “qırmızı-qaralar”ı 2-ci sıraya daşıyıb. Bakı klubu isə ardıcıl ikinci dəfə uduzub.

Günə Sumqayıtda yekun vurulub. Eyniadlı komanda “Sabah”la görüşdə inamlı qələbə qazanıb. Ardıcıl ikinci quru hesablı qələbə “Sumqayıt”ın liderliyini möhkəmlətməsi ilə nəticələnib.

“Sabah” isə “Keşlə” kimi ardıcıl ikinci dəfə məğlub olub. Qola da həsrət qalan “Sabah” sonuncu pilləyə yuvarlanıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq. “Zirə” “Neftçi”ni, “Qarabağ” “Səbail”i qəbul edəcək.

Azərbaycan Premyer Liqası
II tur
21 avqust (şənbə)
18:00. “Qəbələ” – “Keşlə” - 2:1
Qollar: 
Yaovi Akakpo, 11, Rafael Utriq, 30 - Anatole Abanq, 76
Baş hakim: Rəşad Əhmədov
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov (k), 17. Yaovi Akakpo, 8. Stefan Vukçeviç, 23. Rafael Utriq, 5. İsnik Alimi, 4. Ruan Renato, 12. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli
Baş məşqçi: Elmar Baxşıyev

“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 9. Anatole Abanq, 77. Merab Qiqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 21. Miyusko Boyoviç, 17. Omar Qudiabi, 22. Elçin Mustafayev, 50. Samir Abdullayev
Baş məşqçi: Sənan Qurbanov
Qəbələ şəhər stadionu

20:00. “Sumqayıt” –“Sabah” - 2:0
Qollar: 
Əli Qurbani, 32, Tellur Mütəllimov, 78
Baş hakim: Əliyar Ağayev
“Sumqayıt”: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 5. Camaləddin Xocaniyazov, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 60. Elvin Məmmədov, 2. Dmitro Nağıyev, 33. Eltun Turabov, 20. Roman Hüseynov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 37. Nicat Əliyev, 27. Nihad Ağayev
Baş məşqçi: Ayxan Abbasov

“Sabah”: 1. Səlahət Ağayev, 7. Coşqun Diniyev, 14. Slavik Alxasov (k), 2. Amin Seydiyev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 26. Fofana Tiemoko, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 8. Şakir Seyidov
Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 32. Rustam Samigullin,
5. Arsen Ağcabəyov, 21. İldar Alekperov, 6. İdris İnqilablı, 77. Veysəl Rzayev, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Baş məşqçi: Ramin Quliyev
“Kapital Bank Arena”

1

Sumqayıt

2

2

0

0

4-0

6

2

Qəbələ

2

1

1

0

4-3

4

3

Səbail

1

1

0

0

1-0

3

4

Neftçi

1

0

1

0

2-2

1

5

Zirə

1

0

1

0

1-1

1

6

Qarabağ

1

0

1

0

1-1

1

7

Keşlə

2

0

0

2

1-4

0

8

Sabah

2

0

0

2

0-3

0

Bombardir: Rəhim Sadıxov ("Sumqayıt") - 2 qol