10:06 21-08-2021
news_image
182
FUTBOL

Yenidən Barselonada - Messi və Neymar

Fransa PSJ-sinin futbolçuları Lionel Messi və Neymar İspaniyaya yollanıb.

Apasport.az saytının məlumatına görə, Liqa1-in “Brest”lə görüşünün protokoluna düşməyən hücumçular həftəsonunu Barselonada keçirməyə qərar verib.

Vaxtilə “Barselona”da oynamış forvardlar şəhər kənarında yerləşən Kasteldefelsə gedib. Onlar sabiq komanda yoldaşları, hazırda “Atletiko”da çıxış edən Luis Suaresin buradakı evində qonaq olub.

Qeyd edək ki, cənubi amerikalıların nə vaxt Parisə qayıdacağı bəlli deyil.