11:26 21-08-2021
news_image
188
FUTBOL

Millidə istefa – maaşını ala bilmədiyi üçün

Venesuela milli komandasının baş məşqçisi Joze Pezeyru postunu tərk edib.

Apasport.az saytının məlumatına görə, bunu Venesuela Futbol Federasiyasının (FVF) mətbuat xidməti açıqlayıb.

Yığmadan getmək qərarını baş məşqçi özü verib. Onunla birlikdə bütün məşqçilər korpusu komandanı tərk edib.

Buna səbəb maaşlar üzrə borcların yığılmasıdır. 2020-ci ilin fevralından millidə çalışan portuqaliyalı bu üzdən də postundan ayrılıb.