13:31 21-08-2021
news_image
215
FUTBOL

Avropa çempionunun keçidi rəsmiləşdi – “Milan”a

İtaliyanın “Roma” klubunun futbolçusu Alessandro Florensinin “Milan”a keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı müdafiəçi mövsümün sonunadək icarəyə götürülüb.

İtaliyalı ötən mövsümdə də icarədə olub. O, PSJ-də 31 matçda 2 qol vurub.

Qeyd edək ki, Florensi bu yay İtaliya millisi ilə Avropa çempionu olub.