16:23 21-08-2021
news_image
123
FUTBOL

Laportu satır – “Mançester Siti”

İngiltərənin “Mançester Siti” klubu futbolçusu Emerik Laportu satmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi 27 yaşlı ispaniyalı müdafiəçinin transferi üçün qiymət qoyub.

Mançesterlilər Laport üçün 70 milyon avro tələb edir. AVRO-2020-nin iştirakçısı karyerasını vətənində davam etdirmək istəyir.

Qeyd edək ki, müdafiəçi ötən mövsümün 27 oyununda 2 qol vurub.