00:00 22-08-2021
news_image
308
FUTBOL

Avrokuboklarda ən çox qırmızı alan klub – “Neftçi”

“Neftçi” avrokuboklarda ən çox qırmızı vərəqə alan Azərbaycan klubudur.

Apasport.az saytının məlumatına görə, Bakı klubu bu xoşagəlməz göstəricidə yubiley həddinə çatıb.

Konfrans Liqasının pley-off mərhələsinin “Makkabi” (Hayfa, İsrail) görüşündə (3:3) meydandan qovulan İsmayıl Zülfüqarlı “ağ-qaralar”ın 15-ci “qırmızı”sının müəllifi olub. Heç bir Azərbaycan klubu bu qədər intizamsızlıq etməyib.

73 avrokubok matçına çıxan “Neftçi”dən təxminən iki dəfə çox – 133 oyun keçirən “Qarabağ” da paytaxt təmsilçisindən geridədir. Ağdam klubunun üzvləri 13 dəfə meydanı tərk edib.