16:49 21-08-2021
news_image
299
FUTBOL

Darmadağınla başladı – “Araz”

Azərbaycan futzalının flaqmanı “Araz-Naxçıvan” Çempionlar Liqasında mübarizəyə başlayıb.

Apasport.az saytının məlumatına görə, Joze Alesionun yetirmələri ilkin mərhələdə birinci oyununu keçirib.

Təmsilçimiz Cəbəllütariqin "Europa" kollektivi ilə üz-üzə gəlib. Latviyanın Salaspils şəhərində baş tutan görüş “Araz-Naxçıvan”ın aşkar üstünlüyü ilə keçib. Naxçıvanlılar bu qarşılaşmadan böyükhesablı qələbə ilə ayrılıb – 9:2.

Qeyd edək ki, ilkin mərhələnin F qrupunun digər oyununda “Raba” (Latviya) ilə “Kampuksen Dinamo” (Finlandiya) qarşılaşacaq.

Çempionlar Liqası
İlkin mərhələ
F qrupu, I tur
21 avqust
15:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “Europa” (Cəbəllütariq) – 9:2
Qollar:
Diaz Qalyeqo, 4:13 (avtoqol), Rodriges, 5:07, 29:57, 39:11, Şocaei, 8:08, Bağırov, 10:52, Pereyra Qonçalves Dos Santos, 20:07, 38:'58, Atayev, 27:13 // Diaz, 33:54, 34:22