00:12 22-08-2021
news_image
820
DİGƏR NÖVLƏR

Hacıyeva yıxıldı, öldü – Rusiyada

16 yaşlı rusiyalı xizəkçi Dinara Hacıyeva vəfat edib.

Apasport.az saytının məlumatına görə, idmançı xizək rolleri ilə məşq zamanı aldığı zədədən sonra ölüb.

Hadisə zamanı yüksək sürət yığan xanım xizəkçi müvazinətini qoruya bilməyərək yıxılıb. Onun başı yerə dəyib. 

Dinaranın başında geyim olsa da, bu onu xilas etməyib. İdmançı xəstəxanada ölüb.

Qeyd edək ki, Hacıyeva Nijeqorod vilayətinin yığmasının üzvü olub.