16:21 22-08-2021
news_image
139
FUTBOL

“Fənərbaxça”ya iki rəqib – hücumçu üçün

“Monako”nun futbolçusu Keyt Baldeni heyətində görmək istəyən komandaların sayı artıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə “Fənərbaxça”sının transfer etmək istədiyi hücumçu daha iki klubun maraq dairəsindədir.

26 yaşlı forvard “Böyük beşlik” ölkələrindən də təklif alıb. İspaniya “Valensiya”sı ilə İngiltərə “Uotford”u da seneqallını transfer etmək üçün danışıqlara başlayıb.

Qeyd edək ki, ötən mövsüm “Sampdoriya”da icarədə olan hücumçu 25 matçda 7 qol vurub.