20:32 22-08-2021
news_image
689
TOP OYUNLARI

Yığmamız yenə biabırçı hesabla uduzdu - Avropa çempionatında

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, 9-cu dəfə qitənin ən yaxşıları ilə mübarizə aparan Azərbaycan yığması bu gün növbəti matçına çıxıb.

Vüqar Əliyevin yetirmələri Rusiya ilə görüşüb. İlk iki turda Belçika ilə Bosniya və Herseqovinaya quru hesabla uduzan yığmamız güclü rəqib önündə də aciz qalıb. Komandamız nəinki xal, hətta set belə qazana bilməyib. Millimiz çempionata ikinci heyətlə gələn şimallılara da 0:3 hesabı ilə uduzub. Bu  məğlubiyyət komandamızın 1/8 final şansını daha da çətinə salıb.

Qeyd edək ki, yığmamızın yer aldığı A qrupunun matçları Serbiyanın paytaxtı Belqradda keçirilir.

AVRO-2021
Qrup mərhələsi
A qrupu, III tur
22 avqust
19:00. Rusiya – Azərbaycan - 3:0 (25:16, 25:17, 25:13)

Belqrad. “Ştark Arena”

yer

komanda

O

Q

M

S/F

T/F

X

1

Serbiya

2

2

0

6-0

150-86

6

2

Rusiya

2

2

0

6-1

164-128

6

3

Belçika

1

1

0

3-0

76-50

3

4

Bosniya və H.

2

1

1

3-3

118-129

3

5

Fransa

2

0

2

1-6

125-164

0

6

Azərbaycan

3

0

3

0-9

150-226

0