17:05 22-08-2021
news_image
219
FUTBOL

“Araz-Naxçıvan” qələbə qazana bilmədi – finlərlə sülh

Azərbaycanın ən titullu klubu “Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasında növbəti matçını keçirib.

Apasport.az saytının məlumatına görə, Joze Alesionun yetirmələri ilkin mərhələnin ikinci turunda meydana çıxıb.

Təmsilçimiz Finlandiya çempionu “Kampuksen Dinamo” ilə qarşılaşıb. İlk turda Cəbəllütariqin "Europa" komandasını 9:2 hesabı ilə darmadağın edən “Araz-Naxçıvan” bu dəfə çətinliklə üzləşib.

Alesionun yetirmələri matç ərzində bir neçə dəfə hesabda irəli çıxsalar da, rəqib tarazlıq yarada bilib. Hətta məğlub duruma da düşən “Araz-Naxçıvan” sonda 1 xalla kifayətlənib – 4:4.
 
Qeyd edək ki, ilkin mərhələnin F qrupunun digər oyununda “Raba” (Latviya) ilə “Europa” (Cəbəllütariq) qarşılaşacaq.

Çempionlar Liqası
İlkin mərhələ
F qrupu, II tur
22 avqust
15:00. “Kampuksen Dinamo” (Finlandiya) – “Araz-Naxçıvan” (Azərbaycan) – 4:4
Qollar:
Maçedo Basilio, 12:15, 29:56, İntala, 12:'40, Korsunov, 21:37 // Bağırov, 6:21, Rodriges, 7:22, Pereyra Qonçalves Dos Santos, 15:49, Şocaei, 33:00

1

Araz-N.

2

1

1

0

13-6

4

2

Kampuksen D.

2

1

1

0

9-4

4

3

Raba

1

0

0

1

0-5

0

4

Europa

1

0

0

1

2-9

0