17:25 22-08-2021
news_image
168
FUTBOL

Liderlərini ehtiyatda saxladı – Samir Abasov

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində “Neftçi” əsas heyət oyunçularına istirahət verib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Samir Abasov “Zirə” Premyer Liqa matçında aparıcı futbolçularını, bəzi liderlərini ehtiyatda saxlayıb.

Hayfa “Makkabi”si ilə İsraildəki oyunu düşünən mütəxəssis qapıçı Aqil Məmmədov, həmçinin Sabir Buqrin, Voyislav Stankoviç, Harramiz Soares, Mert Çelik və kapitan Emin Mahmudovu qoruyub. Sonuncunun yoxluğunda kapitan sarğısı Mamadu Kaneyə həvalə edilib.

Qeyd edək ki, “Zirə” – “Neftçi” oyunu saat 18:30-da başlayacaq.