18:44 22-08-2021
news_image
109
FUTBOL

Üç ildən sonra - ehtiyatda

İngiltərə “Tottenhem”inin futbolçusu Harri Keyn  Premyer Liqanın “Vulverhempton”la görüşündə start heyətindən kənarda qalıb.

Apasport.az saytının məlumatına görə, London klubunun lideri matçı ehtiyat oyunçular skamyasında başlayıb.

Belə hadisə Premyer Liqa oyunlarında sonuncu dəfə 2018-ci ilin dekabrında qeydə alınıb. Təxminən 3 il, daha dəqiqi 32 ay öncə Keyn “Lester”lə görüşə 74-cü dəqiqədə daxil olub. Həmin vaxt oyunun komandası 2:0 hesabı ilə qalib gəlib.

Keynin ehtiyatda qalması səbəbsiz deyil. Komandadan getməyə can atan hücumçu bu üzdən bir müddət məşqləri boykot edərək hazırlıqlara gec qoşulub.