20:12 22-08-2021
news_image
127
FUTBOL

Rekordu təkrarlandı – “Arsenal”ın

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının II turunun “Sauthempton”la səfər oyununda heç-heçə edib.

Apasport.az saytının məlumatına görə, 1:1 hesablı heç-heçə ilə rəqib meydanlarındakı məğlubiyyətsiz oyunlar seriyası 27-yə çatıb.

Ole-Qunnar Sulşerin yetirmələri bu müddətdə 17 qələbə qazanıb və 10 heç-heçə edib. “Mançester Yunayted” bununla da Premyer Liqa tarixinin rekordunu təkrarlayıb.

“Arsenal”ın da hesabında səfərdə 27 oyunluq məğlubiyyətsizlik var. “Topçular” buna 2003-cü ilin aprelindən 2004-cü ilin sentyabrına qədər olan müddətdə nail olub.