20:38 22-08-2021
news_image
171
FUTBOL

“Buradan razı gedirik” - Samir Abasov

“Oyuna aktiv yaxşı başladıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

43 yaşlı mütəxəssis Premyer Liqanın II turunun “Zirə” ilə görüşü (2:1) barədə fikirlərini açıqlayıb: “Nəticə də ürəyimcədir. Yaxşı nəticə qazandıq. Buradan razı gedirik. Gənclər özlərini yaxşı göstərdilər. Bu yaxşı siqnaldır. Onları təbrik edirəm. Gənci buraxırsansa, qalib gələn komandanın bir parçası olurlar. Rəşad gözəl komanda qurub, onu təbrik etmək lazımdır. Biz qol vurmasaydıq, bəlkə heç-heçə olardı. Üstünlüyümüz var idi”.