00:00 23-08-2021
news_image
158
FUTBOL

Yeni rekord – Premyer Liqa tarixində

“Mançester Yunayted”in futbolçusu Pol Poqba İngiltərə Premyer Liqası tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi ilk iki oyunda 5 assistə imza atıb.

Poqbaya qədər heç bir oyunçu startda bu qədər məhsuldar ötürmə verməyib. O, bu rekordu ikinci turda rəsmiləşdirib. 

Pol “Sauthempton”la qarşılaşmada qol ötürməsi verib. O, Meyson Qrinvudun fərqlənməsinə şərait yaradıb.