00:26 23-08-2021
news_image
267
FUTBOL

Tarixin yaddaşına köçür - daha bir klub

İtaliyanın “Kyevo” klubu tarixin yaddaşına köçür.

Apasport.az saytının məlumatına görə, D seriyasında oynamaq üçün sifariş vərəqi və digər zəruri sənədləri verə bilməyən Verona təmsilçisi demək olar fəaliyyətini dayandırıb.

Klub rəhbərliyinin müraciət üçün cəmi iki gün vaxtı qalsa da, məsələnin müsbət həlli mümkünsüzdür. Maliyyə pozuntuları səbəbindən B seriyasından kənarlaşdırılan klub aşağı liqada da oynaya bilməyəcək.

“Kyevo”nun xilası üçün potensial alıcılar və investorlar axtarışı da uğursuz alınıb.