01:16 23-08-2021
news_image
116
FUTBOL

“Atalanta”ya keçir – “Çelsi”nin müdafiəçisi

İngiltərənin “Çelsi” klubunun futbolçusu Davide Dzappakosta karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, italiyalı müdafiəçinin “Atalanta”ya keçidi barədə iki klub arasında razılıq əldə olunub.

29 yaşlı futbolu Berqamo təmsilçisi ilə 4 illik müqavilə imzalayacaq. O, bunadək də İtaliyada çıxış edib.

Ötən mövsüm “Cenoa”da icarədə olan müdafiəçi daha əvvəl “Roma”ya verilib.