22:44 22-08-2021
news_image
167
FUTBOL

Tarixdə görünməmiş start - “Arsenal”dan

İngiltərənin “Arsenal” klubu Premyer Liqanın ikinci turunda da uduzub.

Apasport.az saytının məlumatına görə, “topçular” London derbisində “Çelsi”yə 0:2 hesabı ilə məğlub olub.

Mikel Artetanın komandası hazırda 19-cu pillədə qərarlaşıb. “Arsenal” ilk iki oyunda nə qol vurub, nə xal qazanıb.

Bu, klub tarixində antirekorddur. Ölkə çempionatlarının yüksək liqasında 118-ci mövsümünü keçirən “topçular” heç vaxt topsuz və xalsız qalmamışdı.

Qeyd edək ki, “Arsenal” avqustun 28-dəki III turun matçında “Mançester Siti”nin qonağı olacaq.