22:01 23-08-2021
news_image
206
FUTBOL

İtaliya klubu ilə anlaşdı – “Fənərbaça”dan ayrılan futbolçu

Türkiyənin “Fənərbaxça” klubundan ayrılan Dieqo Perotti karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi “Cenoa” ilə ilkin razılıq əldə edib.

Argentinalı yaxın günlərdə 2 illik müqaviləyə imza atacaq. O, 2014-16-cı illərdə də Genuya təmsilçisinin şərəfini qoruyub.

Dieqo ötən mövsümdə İstanbul klubunda 4 oyunda 3 qol vurub. O, karyerası ərzində “Roma”, “Sevilya”, “Boka Xuniors” və “Deportivo Moron”da da çıxış edib.