22:43 23-08-2021
news_image
195
FUTBOL

İcarəyə verildi - Serbiya millisinin futbolçusu

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Serbiya yığmasının futbolçusu Nemanya Radonyiç klubunu dəyişib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Fransa “Marsel”ini tərk edib.

O, Portuqaliyanın “Benfika” klubuna icarəyə verilib. 25 yaşlı serbiyalı 1 il müddətində icarədə olacaq.

Qeyd edək ki, ötən mövsümdə Radonyiç “Herta”ya icarəyə verilib. Bundesliqada 12 oyuna 1 qol vuran yarımmüdafiəçi Serbiya millisində 22 matçda 4 dəfə rəqib qapılarına yol tapıb.