11:43 23-08-2021
news_image
125
FUTBOL

Yubiley – Ayxan Abbasov üçün

Azərbaycan Premyer Liqasının II turu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olub. 

Apasport.az saytının məlumatına görə, mütəxəssis karyerasında 50-ci qələbəsini qazanıb. 

Onun yetirmələri “Sabah”la ev matçında 2:0 hesabı ilə qalib gəlib.

Bu qələbə onun karyerasında 135-ci matça təsadüf edib. Abbasov “Sumqayıt”da 28 (84 oyunda), bundan əvvəl çalışdığı “Zirə”də 22 (51) oyunda komandasının qalib gəlməsinə sevinib.

Bu qələbələrdən 41-i Premyer Liqaya təsadüf edib. Mütəxəssis Azərbaycan kubokunda 7, Avropa Liqasında 2 uğura şahid olub.