12:28 23-08-2021
news_image
120
FUTBOL

“Qarabağ”dan “siftə” – “Səbail” 10-a çatdı

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk böyükhesablı nəticəsi II tura təsadüf edib. 

Apasport.az saytının məlumatına görə, “Qarabağ” öz meydanında “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib.

Bu, ölkə çempionatları tarixində üç və ya daha çox top fərqinin qeydə alındığı 928-ci matçdır. “Qarabağ” 115-ci dəfə qalib gəlibsə, “Səbail” 14-cü dəfə uduzub. Paytaxt təmsilçisi rəqib meydanlarında 10-cu dəfə böyük hesaba üzülüb.