13:59 23-08-2021
news_image
189
FUTBOL

Ronaldonun bacısı hakimi tənqid etdi - SƏBƏB

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun ulduz futbolçusu Kriştiano Ronaldonun A seriyasındakı qolunun sayılmamasına ailə üzvləri də biganə qalmayıb.

Apasport.az saytının məlumatına görə, Ronaldonun bacısı Elma Aveyru “Udineze” ilə qarşılaşmadakı hakimliyə münasibət bildirib.

O, ikinci hissəyə artırılan vaxtda qardaşının vurduğu qolun VAR tərəfindən ləğvini oğurluğa bənzədib: “Orda mənim çiynim olsaydı, ofsayd sayılmayacaqdı. Bir ölçü kiçik forma geyinmək lazım idi. Qarət başlayır”.

Qeyd edək ki, görüş 2:2 hesabı ilə başa çatıb.