15:17 23-08-2021
news_image
1102
DÖYÜŞ NÖVLƏRİ

Berti Foqtsun sözünün təsdiqi və güləş ölkəsi olan Azərbaycan - LAHİYƏ

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

Azərbaycan idman ölkəsi olduğunu bütün dünyaya təsdiqləyib. Müxtəlif idman növlərində sözünü deyən təmsilçilərimizin saysız-hesabsız uğurlarına ən böyük töhfəni güləşçilərin verdiyi heç kimə sirr deyil. Dünyanın bir çox yerlərində Azərbaycanı güləş ölkəsi kimi də tanıyırlar. Futbol millimizin sabiq baş məşqçisi Berti Foqts da Almaniya mətbuatına açıqlamalarında bunu dəfələrlə qeyd edib. Ölkəmizdə zəngin güləş ənənələrinin olması, bütün yaş qruplarından olan insanların marağı və qazanılan uğurlar bu idman növünü daim zirvədə saxlayır.

Bu günlərdə Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatı da Azərbaycanda güləşin təkcə dünəni və bugünü deyil, sabahı da olduğunu təsdiqlədi. Pəhləvanlarımız U-20-lərin mundialında 11 medal qazanmağı bacardılar. Gənclər bununla da sübut etdi ki, güləş ənənələri etibarlı əllərdədir. Gələcəyin olimpiya, dünya və Avropa çempionlar məhz gənc və yeniyetmələrin yarışlarından sözünü deməyə başlayır.

Azərbaycan dünya çempionatını medal sıralamasında 5-ci yerdə başa vurub. Planetin 28 ölkəsinin mükafat qazandığı mundialda yalnız Rusiya, ABŞ, İran və Belarus daha öndə qərarlaşıb.

Sahibini tapan 120 medaldan 11-i, təxminən 9 faizi idmançılarımızın payına düşür. Ümumi medal sayında yalnız Rusiya və İran güləşçiləri daha çox fəxri kürsüyə qalxıb. ABŞ və Hindistan isə təmsilçilərimiz kimi 11 uğura sevinib.

Qafqazdakı qonşularımız Gürcüstanla Ermənistanın birlikdə qazandığı mükafatların sayı da yığmamızla müqayisəyə gəlmir. Çempionluğa həsrət qalan qonşular ümumilikdə 8 medalla təsəlli tapıb.

yer

ölkə

Q

G

B

Cəmi

1

Rusiya

9

2

8

19

2

ABŞ

7

0

4

11

3

İran

6

2

6

14

4

Belarus

2

1

1

4

5

Azərbaycan

1

4

6

11

6

Türkiyə

1

2

6

9

7

Qazaxıstan

1

1

4

6

8

Moldova

1

1

1

3

9

Niderland

1

1

0

2

10

İsveç

1

0

1

2

11

Hindistan

0

4

7

11

12

Ermənistan

0

3

2

5

13

Gürcüstan

0

2

1

3

14

Qırğızıstan

0

1

3

4

15

Monqolustan

0

1

1

2

16

Fransa

0

1

0

1

Almaniya

0

1

0

1

İtaliya

0

1

0

1

Norveç

0

1

0

1

Özbəkistan

0

1

0

1

21

Ukrayna

0

0

2

2

22

Bəhreyn

0

0

1

1

Estoniya

0

0

1

1

Macarıstan

0

0

1

1

Polşa

0

0

1

1

Rumıniya

0

0

1

1

Slovakiya

0

0

1

1

CAR

0

0

1

1

 

Cəmi

30

30

60

120

Uzağa getməyib elə sonuncu – 2019-cu ildə keçirilən dünya çempionatı ilə müqayisə maraq doğurur. İki il əvvəl güləşçilərimiz Estoniyanın paytaxtı Tallinndə cəmi 6 dəfə fəxri kürsüyə qalxıb.

Baltikyanı ölkədə qızıl medal qazana bilməyən idmançılarımız 2 gümüş və 4 bürünclə kifayətlənib. Həmin vaxt yığmamız 12-ci yeri tutub.

Qısa müddətdə 7 pilləlik sıçrayış ölkə idmanında, xüsusilə güləşdəki inkişafdan xəbər verir. Gənclərə, yeniyetmələrə göstərilən qayğının və düzgün aparılan işin nəticəsi medal sayının təxminən 2 dəfə artmasına əsas verib. Komandamız ötən çempionatın qalibi Yaponiyanı, həmçinin Kuba, Gürcüstan, Türkiyə, Ukrayna, Macarıstan, Hindistan, Polşa kimi ölkələri keçməyi bacarıb. Əvəzində yalnız Belarus daha böyük sıçrayışa nail olub.

Bəzi idman növlərində uğursuzluqlara koronavirus pandemiyasının hazırlığa təsiri kimi bəhanələr tapılsa da, güləşçilər bunu alt-üst edib. Çətin dövrü arxada qoyan pəhləvanlarımız bu idman növünü istənilən şəraitdə inkişaf etdirməyin mümkünlüyünü təsdiqləyib.

Bu uğurda ayrı-ayrı növlər üzrə yığmaların payı danılmazdır. Tallinndə heç bir komandamız “Top-5”də yer ala bilməmişdi. Ufada isə yalnız qadın millimiz digərlərinin kölgəsində qalıb.

Yunan-Roma güləşçilərimiz ümumiyyətlə “üçlüy”ə düşüb. Yalnız Rusiya (183) və İrandan (130) geri qalan “klassiklər”imiz 101 xalla dünya üçüncüsü olub.

Bu növdə idmançılarımız Ufada 4 mükafat qazanıb. Həsrət Cəfərov (67 kq) qızıl, Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq), Nihat Məmmədli (60 kq) bürüncə yiyələnib. Estoniyada güləşçilərimiz iki gümüş və bir bürünclə kifayətlənmişdi.

Sərbəst güləşçilərimiz həm medal, həm xal sayında “klassiklər”i üstələyib. Amma 122 xala malik yığmamız 4-cü yerlə kifayətlənib. Pəhləvanlarımız İran (178), Rusiya (142) və ABŞ-dan (129) geri qalıb.

5 medal qazanan sərbəst güləşçilərimizdən Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) yalnız finalda uduzub. Turan Bayramovla (74 kq) Saqadulla Ağayevin (86 kq) qazancı bürünc medal olub. İki il öncə yalnız üç bürüncü olan komandamız finala həsrət qalmışdı.

Qadın güləşçilərimiz ən yaxşı 5 yığma sırasında yer ala bilməsə də, iki medala sevinib. Jalə Əliyeva (59 kq) və Birgül Soltanova (62 kq) çempionatı üçüncü pillədə başa vurub. Bu, 2019-cu illə müqayisədə böyük addımdır. Estoniyada gənc xanımlarımız medal qazanmamışdı.

Ruslan Sadıqov

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur