00:00 24-08-2021
news_image
217
FUTBOL

Kapitanına qiymət qoydu – 10 milyon

Almaniyanın “Leypsiq” klubunun futbolçusu Marsel Zabitserin qiyməti bəlli olub.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi kapitanı üçün 10 milyon avro tələb edir.

Marselin xidmətində “Bavariya” maraqlıdır. Münhen təmsilçisi avstriyalının agenti ilə danışıqlara başlayıb.

Zabitser və “Bavariya” arasında müqavilənin şərtləri razılaşdırılıb. Lakin keçidin rəsmiləşməsi üçün “Leypsiq”lə anlaşma əldə olunmalıdır.

Qeyd edək ki, 27 yaşlı avstriyalı “Leypsiq”lə 2022-ci ildə başa çatacaq müqaviləsini uzatmaqdan imtina edib.