15:37 23-08-2021
news_image
175
FUTBOL

Pulsuz göndərir - Umtitini

Samuel Umtiti “Barselona”nı tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu fransalı müdafiəçisi ilə yollarını ayırmaq niyyətindədir.

La Liqa təmsilçisi Samuellə transfer pəncərəsinin sonunadək vidalaşmağı planlaşdırır. Futbolçu ilə bağlı iki təklif alan klub rəhbərliyi Umtitini pulsuz buraxmağa hazırdır.

Çünki “Barselona”nı daha çox maaş cədvəlinin kiçilməsi vacibdir. Fransalının xidmətində “Nitsa” və “Monako” maraqlıdır.