23:18 23-08-2021
news_image
137
FUTBOL

"Hər iki komanda göy-qırmızı forma daşıyır" - Messinin “Barselona”ya keçidinə münasibət

Argentina millisinin futbolçusu Lionel Messinin “Barselona”dan PSJ-yə keçidi ilə bağlı müzakirələr səngimir.

Apasport.az saytının məlumatına görə, İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp da ulduzun keçidinə münasibət bildirib.

“Messinin “Barselona”dan PSJ-yə keçidi? Fərq o qədər də böyük deyil. Hər iki komanda göy-qırmızı forma daşıyır. “Barselona” indi keçmişin iqtisadi qərarlarının əziyyətini çəkir”.

Qeyd edək ki, Messi 2005-ci ildən şərəfini qoruduğu “Barselona”dan avqustun 10-da ayrılıb.