16:35 23-08-2021
news_image
578
FUTBOL

Yığmamızın heyəti açıqlandı - 20 futbolçu dəvət edildi


Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, italiyalı baş məşqçi Canni de Byazi yığmanın sentyabrda keçiriləcək oyunlarına hazırlıq prosesində sınayacağı heyəti müəyyənləşdirib.

Avqustun 25-dən 27-dək Bakıda baş tutacaq yoxlama xarakterli təlim-məşq toplanışında 20 futbolçu iştirak edəcək.

Avrokuboklarda mübarizə aparan “Neftçi” və “Qarabağ”ın üzvləri, həmçinin ölkə xaricində çıxış edən oyunçular toplanışda iştirak etməyəcək.

Qeyd edək ki, millimiz DÇ-2022-nin seçmə mərhələsində üç oyuna çıxacaq. Komandamız sentyabrın 1-də Lüksemburq, 4-də İrlandiyanın qonağı olacaq, ayın 7-də Portuqaliyanı qəbul edəcək.

1

Aydın Bayramov

Sumqayıt

Qapıçı

2

Mehti Cənnətov

Zirə

Qapıçı

3

Amin Seydiyev

Sabah

Müdafiəçi

4

Şəhriyar Əliyev

Keşlə

Müdafiəçi

5

Bəxtiyar Həsənalızadə

Sabah

Müdafiəçi

6

Azər Salahlı

Keşlə

Müdafiəçi

7

Təmkin Xəlilzadə

Zirə

Müdafiəçi

8

Höccət Haqverdi

Sumqayıt

Müdafiəçi

9

Elvin Bədəlov

Sumqayıt

Müdafiəçi

10

Sərtan Taşkın

Zirə

Müdafiəçi

11

Turan Manafov

Səbail

Müdafiəçi

12

Rövlan Muradov

Qəbələ

Yarımmüdafiəçi

13

Rəhim Sadıxov

Sumqayıt

Yarımmüdafiəçi

14

Coşqun Diniyev

Sabah

Yarımmüdafiəçi

15

Rəhman Hacıyev

Keşlə

Yarımmüdafiəçi

16

Murad Xaçayev

Sumqayıt

Yarımmüdafiəçi

17

Elvin Camalov

Sabah

Yarımmüdafiəçi

18

Vüqar Mustafayev

Sumqayıt

Yarımmüdafiəçi

19

Əli Qurbani

Sumqayıt

Hücumçu

20

Ülvi İsgəndərov

Qəbələ

Hücumçu