17:10 23-08-2021
news_image
117
FUTBOL

25 faizlik güzəşt – Albadan

İspaniyanın “Barselona” klubunun daha bir futbolçusu maaşının azaldılmasına razılıq verib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Jordi Alba klubuna 25 faizlik güzəştə gedib.

Bu, La Liqa təmsilçisinin maliyyə durumu ilə bağlıdır. Maaş cədvəlini kiçiltməyə çalışan klub rəhbərliyi oyunçuların güzəştə getməsinə ümid edir.

Maliyyə çətinlikləri kluba La Liqa tərəfindən məhdudiyyətlər qoyulması ilə də nəticələnib. Hazırda “Barselona” Serxuo Buskets və Serxi Roberto ilə də 25 faizlik azalma ilə bağlı danışıq aparır.