20:51 23-08-2021
news_image
118
FUTBOL

Müdafiəçisinə yeni komanda tapdı – “Mançester Yunayted”

İngiltərənin “Mançester Yunayted” klubu daha bir futbolçusunu icarəyə göndərib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi müdafiəçisi Brendon Uilyamsa yeni komanda tapıb.

20 yaşlı futbolçu “Norviç”də çıxış edəcək. Onun icarə müqaviləsi bir mövsümü əhatə edir.

Qeyd edək ki, “Mançester Yunayted” akademiyasının yetirməsi olan Uilyams ötən mövsüm 19 oyunda 1 assistə imza atıb.