09:07 24-08-2021
news_image
117
FUTBOL

Debüt etməyə namizədlər - Azərbaycanla oyunda

İrlandiya millisinin heyətində debüt etməyə namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, mövsümün startında özünü yaxşı tərəfdən göstərən 4 futbolçunun sentyabrdakı matçlara çağırılacağı gözlənilir.

Bu oyunçular Qevin Kilkenni (“Bornmut”), Natan Kollinz (“Bernli”), Markus Xarness (“Portsmut”) və Konor Nossdur (“Borussiya” M). Onlar sentyabrın 1-də Azərbaycana qarşı DÇ-2022-nin seçmə matçına çağırılacağı ehtimal edilir.

Qeyd edək ki, İrlandiya – Azərbaycan qarşılaşması Dublində keçiriləcək.