00:28 25-08-2021
news_image
326
TOP OYUNLARI

Yığmamız yenə set qazanmadan uduzdu – Avropa çempionatında

Qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması bu gün növbəti matçını keçirib.

Vüqar Əliyevin yetirmələri oyunları Serbiyada təşkil olunan A qrupunun IV turunda meydan sahibləri ilə görüşüb. Çempionatın favoriti olan Serbiya millisi ardıcıl dörd qələbə ilə artıq adını növbəti mərhələyə yazdırıb.

Yığmamız üçün isə favoritlə qarşılaşma son şans olub. İlk üç oyunda set də qazanmayan yığma qrupda qalmamaq üçün ən azı xal qazanmalı olsa da, bunu bacarmayıb. Millimiz yenə "quru hesabla" məğlub olaraq, mərhələ adlamaq şansını itirib.

Qeyd edək ki, yığmamız son turda Fransa ilə görüşəcək. 

AVRO-2021
Qrup mərhələsi
A qrupu, IV tur
24 avqust
22:00. Serbiya – Azərbaycan - 3:0 (25:17, 25:20, 25:19)

Belqrad. “Ştark Arena”

yer

komanda

O

Q

M

S/F

T/F

X

1

Serbiya

4

4

0

12-0

300-205

12

2

Rusiya

3

2

1

8-4

266-243

7

3

Belçika

3

2

1

6-5

254-227

5

4

Fransa

3

1

2

4-6

201-221

3

5

Bosniya və H.

3

1

2

3-6

175-205

3

6

Azərbaycan

4

0

3

0-12

206-301

0