09:44 24-08-2021
news_image
91
FUTBOL

Rekorda şərik çıxdı – “Milan”

“Milan” “Böyük beşlik”də bu il ən çox səfər qələbəsi qazanan komanda adına şərik çıxıb.

Apasport.az saytının məlumatına görə, Stefano Piolinin yetirmələri İtaliya A seriyasında yeni mövsümünün ilk turunda bunu rəsmiləşdirib.

Milanlılar səfərdə “Sampdoriya”nı 1:0 hesabı ilə məğlub edib. Bu, komandanın 2021-ci ildə çempionatda qazandığı 11-ci səfər qələbəsidir.

“Milan” bununla da “Top-5”də rekordu təkrarlayıb. Yalnız “Barselona” və “Mançester Siti” bu qədər səfər matçında üç xal qazanıb.